Bakıda mənzillərdən 12 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulub

Bakıda mənzillərdən 12 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulub Qızıl-zinət əşyalarını 4500 manata satıblar
Hadisə
18 Sentyabr , 2017 15:14
Bakıda mənzillərdən 12 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulub
DİN

Bakı. 18 sentyabr. REPORT.AZ/ Sabunçu rayonunda evlərdən 12 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlığa, xüsusən qeyri-aşkar şəraitdə mülkiyyət əleyhinə törədilən cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Belə ki, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 12 min manat olan qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Allahverdi Ələkbərzadə və Kamil Qaraxanov tutulublar.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların Ramana qəsəbəsi və Şuşa şəhərciyində yerləşən daha 3 fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub.

A.Ələkbərzadə və K.Qaraxanov oğurladıqları qızıl-zinət əşyalarını metronun “Gənclik” və “Neftçilər” stansiyalarının yaxınlığında yerləşən qızıl qəbulu məntəqələrinə 4500 manata satıblar.

Qeyd edilən faktla bağlı 12-ci PB-də toplanan material araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi