Bakıda mənzildən orta yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildən orta yaşlı qadının meyiti tapılıb Hadisə Xətai rayonu ərazisində qeydə alınıb
Hadisə
16 Noyabr , 2017 00:07
Bakıda mənzildən orta yaşlı qadının meyiti tapılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda mənzildən meyit tapılıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1971-ci il təvəllüdlü Zeynalova Sevinc Raqif qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verib.

Son xəbərlər

Orphus sistemi