Bakıda mənzildən oğurluq edən qadın saxlanılıb

Bakıda mənzildən oğurluq edən qadın saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Dekabr , 2014 11:23
Bakıda mənzildən oğurluq edən qadın saxlanılıb
Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda mənzildən oğurluq edən qadın saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Ə.Əliyev küçəsində Səidə Musayevaya məxsus mənzildən, qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Səbinə Rəhimova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi