Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var Dünən sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib. Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin t
Hadisə
25 Yanvar , 2022 12:40
Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var
0 : 00
0 : 00

Bakıda məktəbdə müəllimi döyən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib: "Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalar nəticəsində bu əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq hərəkətləri davam etdirilir".

Son xəbərlər

Orphus sistemi