Bakıda əyləncə məqsədilə ətrafa tapança nümayiş etdirən şəxs müəyyən edilib, silah oyuncaq imiş - YENİLƏNİB

Bakıda əyləncə məqsədilə ətrafa tapança nümayiş etdirən şəxs müəyyən edilib, silah oyuncaq imiş - YENİLƏNİB Bakının mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb silahı ətrafdakı şəxslərə nümayiş etdirən şəxslə bağlı polis tərəfindən araşdırılır.
Hadisə
7 Avqust , 2024 14:14
Bakıda əyləncə məqsədilə ətrafa tapança nümayiş etdirən şəxs müəyyən edilib, silah oyuncaq imiş - YENİLƏNİB

Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsinini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib.

Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib. Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşman olduğunu bildirib.

Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.

11:10

Bakının mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb silahı ətrafdakı şəxslərə nümayiş etdirən şəxslə bağlı polis tərəfindən araşdırılır.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma gedir və ictimaiyyətə nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi