Bakıda marketdən oğurluq etmək istəyən keçmiş məhkum tutulub

Bakıda marketdən oğurluq etmək istəyən keçmiş məhkum tutulub Əvvəllər dəfələrlə məhkum olunan Fərid Quliyev polisə müqavimət göstərib
Hadisə
23 Oktyabr , 2017 11:14
Bakıda marketdən oğurluq etmək istəyən keçmiş məhkum tutulub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları cinayətkarlıqla mübarizə, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşının vaxtında alınması sahəsində növbəti tədbir keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunaraq qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. 

Dərhal hadisə yerinə gedən Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektin pəncərəsinin qırıldığını və marketdə naməlum şəxsin olduğunu aşkar ediblər. Mühafizə polisinin gəldiyini görən həmin şəxs müqavimət göstərərk hadisə yerindən qaçmağa cəhd göstərib. Amma o, polis əməkdaşlarının çevikliyi sayəsində vaxtında saxlanılaraq ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin Yasamal rayon sakini, əvvəllər dəfələrlə məhkum olunan Fərid Quliyev olduğu məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları oğurluğa cəhd göstərməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçi RPİ-nə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi