Bakıda mağazadan 8000 manat pul oğurlanıb.
Bu barədə "Report"a
Belə ki, oktyabrın 22-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Şəmirov cari il sentyabrın 4-dən 25-dək olan müddətdə işlədiyi mağazadan 8000 manatının oğurlanmasını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindən oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini T.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.