Bakıda Küveyt səfirliyinin avtomobili qəzaya düşüb

Bakıda Küveyt səfirliyinin avtomobili qəzaya düşüb Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
23 Fevral , 2016 16:58
Bakıda Küveyt səfirliyinin avtomobili qəzaya düşüb

Bakı. 23 fevral. REPORT.AZ/ Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb. “Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Səməd Vurğun küçəsi, 96 ünvanında Bakı şəhər sakini Elvin Babaşovun idarə etdiyi “KİA Optima” markalı avtomobillə Küveyt vətəndaşı Abdulbaida Abdullanın idarə etdiyi “Toyoto Prado” markalı avtomobil toqquşub.

A.Abdullanın idarə etdiyi avtomobil Küveyt səfirliyinə məxsus olub.

Qəza zamanı avtomobillərə zərər dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi