“Mayıl Naxçıvanski”ni qətlə yetirən şəxsin məhkəməsi başlayır

“Mayıl Naxçıvanski”ni qətlə yetirən şəxsin məhkəməsi başlayır ​​​​​​​Bakında qətl törətməkdə təqsirləndirilən Aslan Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
13 Yanvar , 2021 10:52
“Mayıl Naxçıvanski”ni qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakında qətl törətməkdə təqsirləndirilən Aslan Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə ötən il iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində baş verib.

1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə yerini tərk edən Aslan Sadıqovun saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Qətlə yetirilən Mail Mustafayev əvvəllər məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb.

Son xəbərlər

Orphus sistemi