Bakıda köşkdə və mağazadan 2 500 manatlıq oğurluq edildi

Bakıda köşkdə və mağazadan 2 500 manatlıq oğurluq edildi Bakıda köşkdə və mağazada oğurluq hadisəsi baş verib.
Hadisə
24 Dekabr , 2020 13:10
Bakıda köşkdə və mağazadan 2 500 manatlıq oğurluq edildi
0 : 00
0 : 00

Bakıda köşkdə və mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da rayon ərazisindəki köşklərin birindən 1 500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Mustafayev saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Naftalan şəhər sakini H.Əmirovla birgə bir mağazadan 1 000 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi