​Bakıda köməksiz vəziyyətə düşən 5 nəfər xilas edilib

​Bakıda köməksiz vəziyyətə düşən 5 nəfər xilas edilib Hadisə yerlərinə FHN-in əməkdaşları cəlb olunub
Hadisə
19 Fevral , 2015 22:23
​Bakıda köməksiz vəziyyətə düşən 5 nəfər xilas edilib

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün axşam saatlarında Bakının Xətai və Nizami rayonlarında iki azyaşlı daxil olmaqla 5 nəfər köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlara əsasən, hadisə yerlərinə nazirliyin xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər bağlı qapı arxasında və liftə qalan şəxsləri xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi