Bakıda kobud qayda pozan sürücü 4 avtomobilin toqquşmasına səbəb olub, xəsarət alanlar var - FOTO

Bakıda kobud qayda pozan sürücü 4 avtomobilin toqquşmasına səbəb olub, xəsarət alanlar var - FOTO Bakı. 27 mart. REPORT.AZ/ Binəqədi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib
Hadisə
27 Mart , 2018 05:54
Bakıda kobud qayda pozan sürücü 4 avtomobilin toqquşmasına səbəb olub, xəsarət alanlar var - FOTO

Bakı. 27 mart. REPORT.AZ/ Binəqədi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib

"Report"un xəbərinə görə, hadisə Cəfər Xəndan küçəsində baş verib.

"Volkswagen" markalı avtomobilin sürücüsü işıqforun qırmızı ışığında keçərək yolun əks istiqamətilə hərəkət edib. Nəticədə o, işıqforun yaşıl işığında keçən "BMW", daha sonra yolun əks istqamətinə keçərək "Opel" və "VAZ-2107" markalı avtomobillərə çırpılıb.

Qəza zamanı iki nəfər xəsarət alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 1970-ci il təvəllüdlü Xəlilova Sahibə Səfər qızının vəziyyəti ağırdır.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar əraziyə Yol Patrul Xidmətinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Son xəbərlər

Orphus sistemi