Bakıda keçmiş məhkumlar qadına qarşı soyğunçuluq ediblər

Bakıda keçmiş məhkumlar qadına qarşı soyğunçuluq ediblər Bakıda qadına qarşı soyğunçuluq edilib.
Hadisə
13 Dekabr , 2019 12:58
Bakıda keçmiş məhkumlar qadına qarşı soyğunçuluq ediblər

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Ağayeva dekabrın 7-də rayon ərazisindəki parkların birində bir nəfərin onun mobil telefonunu və sənədlərini açıq talama yolu ilə oturacağın üzərindən götürüb qaçdığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar – E.MirzəyevC.Rəşid polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi