Xırdalan sakini qayçı ilə keçmiş arvadına xəsarət yetirib

Xırdalan sakini qayçı ilə keçmiş arvadına xəsarət yetirib Hadisə Xırdalanda baş verib
Hadisə
3 İyun , 2016 12:43
Xırdalan sakini qayçı ilə keçmiş arvadına xəsarət yetirib

Bakı. 3 iyun. REPORT.AZ/ Xırdalan sakini qayçı ilə keçmiş arvadına xəsarət yetirib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, mayın 31-də Xırdalan şəhərində şəhər sakini Ramazan Dünyamalıyev münaqişə zəminində keçmiş arvadı Şəbnəmə qayçı ilə xəsarət yetirərək, hadisə yerini tərk edib.

R.Dünyamalıyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutularaq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi