Bakıda kafenin kassa aparatı oğurlanıb

Bakıda kafenin kassa aparatı oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Fevral , 2016 12:17
Bakıda kafenin kassa aparatı oğurlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda kafelərdən birindən kassa aparatı və spirtli içkilər oğurlamış şəxslər tutulub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də Bakı şəhər sakini Kərəm Şirinova məxsus kafedən kassa aparatı və spirtli içki oğurlamış həmyerliləri Elnur Şıxıyev və Sabir Salmanov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi