Yuxarı
    Bağlamaq

    Bakıda kafedə partlayış olub: iki nəfər ölüb, iki nəfər xəsarət alıb - FOTO - ADLAR - YENİLƏNİB-3

    Dinlə
    © Report

    Bakı. 21 may. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə partlayışla bağlı rəsmi məlumat yayıb.

    "Report"un xəbərinə görə, məlumatda bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

    Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürən hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.

    *** 16:26

    Fotolar əlavə olunub

    *** 15:53

    Bakı. 21 may. REPORT.AZ/ Bakıda kafedə partlayış nəticəsində iki nəfər ölüb.

    “Report”un xəbərinə görə, ölən şəxslərin meyitləri tanınmaz haldadır.

    Hadisə zamanı iki nəfər ağır xəsarət alıb. Onladan biri qadın, digəri kişidir.

    *** saat 15:30

    Bakı. 21 may. REPORT.AZ/ Bakıda kafedə partlayış olub, xəsarət alanlar var.

    “Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda, “Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə qeydə alınıb.

    Hazırda yaralılar “Təcili yardım”la xəstəxanaya aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi