Bakıda itkin düşən 3 nəfər ailəsinə təhvil verildi
- 17 mart, 2020
- 06:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da 24 cinayətin üstü açılıb.
Onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Narkotiklərlə əlaqəli 2, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.
İtkin düşən kimi axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.