Bakıda istədiyi qızı güllələyib, anasını yaralayan gəncə hökm oxunub

Bakıda istədiyi qızı güllələyib, anasını yaralayan gəncə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
26 Aprel , 2019 12:19
Bakıda istədiyi qızı güllələyib, anasını yaralayan gəncə hökm oxunub
Fotolia / FrameAngel

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə S.Qədirov 19 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, ötən il mayın 31-də Sabunçu rayonu, Qılman Salahov küçəsi, 15 ünvanında baş verib. Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü S.Qədimov 2001-ci il təvəllüdlü Aytən Cəfərovanı güllələyərək qətlə yetirib.

O həmçinin A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərovanı əlindən və çiynindən güllələyib.

Son xəbərlər

Orphus sistemi