Bakıda iş mərkəzində baş verən yanğın söndürülüb - FOTOREPORTAJ - VİDEO - YENİLƏNİB - 5

Bakıda iş mərkəzində baş verən yanğın söndürülüb - FOTOREPORTAJ - VİDEO - YENİLƏNİB - 5 Bakı. 28 aprel. REPORT.AZ/ Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb.
Hadisə
28 Aprel , 2018 13:56
Bakıda iş mərkəzində baş verən yanğın söndürülüb - FOTOREPORTAJ - VİDEO - YENİLƏNİB - 5

Bakı. 28 aprel. REPORT.AZ/ Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb. 

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın zamanı binanın çöl hissəsinə vurulan plastik üzlüklər yanıb. 


*** 13:32

Bakıda çoxmərtəbəli iş mərkəzində başlayan yanğın məhdudlaşdırılıb.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hələlik yanğını tam söndürmək mümkün olmayıb.  


*** 13:19

Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli iş mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. 

"Report"un xəbərinə görə, nazirlikdən bildirilib ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.


*** 13:10

Bakıdakı çoxmərtəbəli iş mərkəzində başlayan yanğın binanın aşağı mərtəbələrinə doğru yayılıb. 

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hələlik yanğının qarşısını almaq mümkün olmur. 

Hadisə yerinə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da gəlib.  


*** 12:46

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın getdikcə güclənir və binanın xeyli hissəsinə yayılıb.

Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub. 

Yanğın yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib. 


*** 12:33

Bakıda çoxmərtəbəli iş mərkəzində yanğın başlayıb.

"Report" xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğn binanın orta mərtəbələrində başlayıb. 

Son xəbərlər

Orphus sistemi