Bakıda iranlı tələbəni öldürən şəxslər apellyasiya şikayəti veriblər

Bakıda iranlı tələbəni öldürən şəxslər apellyasiya şikayəti veriblər Şikayət hakim Elman Əhmədovun sədrliyi ilə araşdırılacaq
Hadisə
12 Noyabr , 2018 15:44
Bakıda iranlı tələbəni öldürən şəxslər apellyasiya şikayəti veriblər
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda iranlı iş adamının oğlunu yastıqla boğub öldürməkdə və digər cinayət törətməkdə təqsirləndirilən Yunus Camallı, Natiq Babaverdiyev, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev, Ceyhun Talıblı və Rəşidə Seyidova barələrində olan məhkəmə hökmündən apellyasiya şikayəti veriblər.

"Report"un xəbərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək iclas noyabrın 15-nə təyin edilib.

Şikayət hakim Elman Əhmədovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabr ayında Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki villada baş verib.

Rəsmi məlumata görə, İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı evdə aşkar olunub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Babaverdiyev 20 il, Y.Camallı 20 il, P.Əlməmmədov 14 il, Z.Dünyamalıyev 12 il, C.Talıblı 20 il və R.Seyidova 4 il müddətinə azadlıqdan məhrum olunub. Ev dustaqlığında olan R.Seyidova isə məhkəmə zalından həbs edilib.

Son xəbərlər

Orphus sistemi