Bakıda iki maşının toqquşması nəticəsində yaralananların sayı artıb - YENİLƏNİB

Bakıda iki maşının toqquşması nəticəsində yaralananların sayı artıb - YENİLƏNİB Bakının Nizami rayonunda Mercedes və BMV markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanların sayı artıb.
Hadisə
15 İyun , 2019 02:00
Bakıda iki maşının toqquşması nəticəsində yaralananların sayı artıb - YENİLƏNİB
Report

Bakının Nizami rayonunda "Mercedes" və BMV markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanların sayı artıb.

"Report" xəbər verir ki, qəza zamanı maşınların sürücüləri ilə yanaşı iki azyaşlı - 7 yaşlı İsmayılova Xədicə Ramil qızı və 3 yaşlı İsmayılova Turqut Ramil qızı da xəsarət alıb.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Onlara müvafiq olaraq bədənin yumşaq toxumalarının əzilməsi və kəllə-beyin travması diaqnozu qoyulub. Hər iki yaralı ambulator müalicəyə buraxılıb.


***01:14

Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Qara Qarayev metrostansiyası yaxınlığında "Mercedes" və BMV markalı avtomobillərin toqquşması nəticəsində maşınların sürücüləri – müvafiq olaraq 1979-cu il təvəllüdlü Rəhmanov Rasim Muxtar oğlu və 1995-ci il təvəllüdlü Bilalov Azər Aydın oğlu xəsarət alıb.

Yaralılar 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdiriliblər. R.Rəhmanova bud nahiyəsinin sınığı, A.Bilalova isə göz qapağının cırılmış yarası diaqnoz qoyulub.

Son xəbərlər

Orphus sistemi