Yuxarı
    Bağlamaq

    Bakıda iki maşın toqquşub, 4-ü azyaşlı olmaqla 7 nəfər xəsarət alıb

    Hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb© Report.az

    Bakı. 12 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, Kürdəxanı qəsəbəsində “VAZ-2106” markalı avtomobillə “Hyundai” toqquşub və zərbənin gücündən "Jiquli" iki hissəyə ayrılıb.

    Nəticədə “VAZ"da olan bir ailənin 4 üzvü - 46 yaşlı Novruzova Ülkər Əlibəy qızı, 1976-ci il təvəllüdlü Novruzov Zaur Nazim oğlu (sürücü), 10 yaşlı Novruzov Rəvan Zaur oğlu, 13 yaşlı Novruzov Nazim Zaur oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Eyni zamanda, “Hyundai” markalı avtomobildə olan başqa bir ailənin üzvləri - 1980-ci il təvəllüdlü Əliyev Alxan Alı oğlu (sürücü), 2007-ci il təvəllüdlü Əliyev Nihat Alxan oğlu, 13 yaşlı Əliyev Murad Alxan oğlu çoxsaylı bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi