Bakıda idman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb

Hadisə
  • 19 iyul, 2023
  • 12:29
Bakıda idman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb

Bakıda idman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb.

“Report”un xəbərinə görə, hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsində yerləşən “Megacity” fitness və spa mərkəzində qeydə alınıb.

Belə ki, nəzarətsiz qalan 2020-ci il təvəllüdlü G.Məmmədli hovuza yıxılıb. Nəticədə o, boğularaq ölüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

44 filmi