Bakıda ictimai yerdə daha bir koronavirus xəstəsi saxlanıldı

Bakıda ictimai yerdə daha bir koronavirus xəstəsi saxlanıldı Bakıda COVID-19 xəstəsi ictimai yerdə aşkarlanıb
Hadisə
21 May , 2021 12:47
Bakıda ictimai yerdə daha bir koronavirus xəstəsi saxlanıldı
0 : 00
0 : 00

Bakıda COVID-19 xəstəsi ictimai yerdə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 19-da Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan Bakı şəhər sakini K.İbrahimova ictimai yerdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi