Bakıda İran vətəndaşına qarşı 83 min manatlıq dələduzluq edən qadının apelyasiya şikayətinə baxılıb

Bakıda İran vətəndaşına qarşı 83 min manatlıq dələduzluq edən qadının apelyasiya şikayətinə baxılıb Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevinc Mirzəyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.
Hadisə
25 May , 2019 10:14
Bakıda İran vətəndaşına qarşı 83 min manatlıq dələduzluq edən qadının apelyasiya şikayətinə baxılıb

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevinc Mirzəyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Mirzəyevanın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən il iyunun 7-də Bakının Nəsimi rayonunda polis bölməsinə müraciət edən İran vətəndaş Asfari Alirezani bildirib ki, 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayınadək olan müddətdə Sevinc adlı şəxs paytaxt ərazisində ona alması üçün ev tapacağına vəd verib, bu yolla aldadaraq ondan 83 min 257 min manat alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mirzəyeva müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, həmin qadın bir neçə şəxsə qarşı da dələduzluq əməli törədib.

Cinayət işində, ümumilikdə, 14 zərərçəkmiş var. O, həmin şəxslərə 232 min 757 manat məbləğində ziyan vurub.

S.Mirzəyeva həmin şəxslərə özünü hüquq-mühafizə orqanları əməkdaşı olduğunu deyərək dələduzluq edib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi