Hakimin oğlunu avtomobillə vurub öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib

Hakimin oğlunu avtomobillə vurub öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib Ali Məhkəmədə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
2 Aprel , 2019 09:30
Hakimin oğlunu avtomobillə vurub öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib
Report

Ali Məhkəmədə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Kərimovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2016-cı il may ayının 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti, təqsirləndirilən şəxs isə apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi prokurorun apellyasiya protesti və təqsirləndirilən şəxsin isə apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. Daha sonra R.Kərimov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi