​Bakıda fermada, Tərtərdə mağazada yanğın olub

​Bakıda fermada, Tərtərdə mağazada yanğın olub Vətəndaşlara maddi ziyan dəyib
Hadisə
6 Aprel , 2015 07:45
​Bakıda fermada, Tərtərdə mağazada yanğın olub

Bakı. 6 aprel. REPORT.AZ/ Gecə saatlarında ölkə ərazisində iki yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, paytaxtın Xəzər rayonu ərazisində fermanın qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları 500 kv.m sahədə yanıb.

Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Tərtər rayonunun Bəyimsarov kəndində isə vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 48 kv.m olan ərzaq satışı mağazasının yanar konustruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi