Bakıda evdən oğurluq edən şəxs tutuldu
Hadisə
- 16 aprel, 2020
- 06:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda evdə oğurluq hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə aprelin 15-i saat 00:15 radələrində paytaxtın Nərimanov rayonu ərazisndə qeydə alınıb.
Belə ki, naməlum şəxs K.İbrahimova məxsus evdən içərisində 100 manat, 800 ABŞ dolları və şəxsiyyət vəsiqəsi olan pul kisəsini oğurlayıb.
Daha sonra K.İbrahimov "102" Zəng Mərkəzi xidmətinə müraciət edib.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü E.Paşayev müəyyən edilərək saxlanılıb.
Faktla Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
04:54
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
Digər ölkələr
04:12
Britaniya və Ukrayna birlikdə hücum dronları istehsal edəcəklər
Digər ölkələr
03:41
Tramp: İranın raket zərbələri endirmək imkanları məhduddur
Digər ölkələr
03:07
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur
Region
02:52
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
Digər ölkələr
02:25
NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinin parolunu qırıblar
Digər ölkələr
01:56
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
Futbol
01:41
Tramp Mirziyoyevə ABŞ-nin 250 illiyi münasibətilə hədiyyə edilən çardaqlara görə təşəkkür edib
Digər ölkələr
01:17
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
Digər ölkələr