Bakıda ev yanıb, xəsarət alan var

Bakıda ev yanıb, xəsarət alan var Evin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
25 Yanvar , 2017 22:58
Bakıda ev yanıb, xəsarət alan var

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yanğın hadisəsi baş verib. 

"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 45 m2 sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi