Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edilib

Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edilib Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edilib.
Hadisə
21 May , 2022 11:18
Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edilib

Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş bir nəfərin onu aldadaraq 100 manatını almasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Aydın Qanbayev müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda “TIR” sürücüləri olan daha iki əcnəbi vətəndaşın ümumilikdə 440 ABŞ dolları və mobil telefonunu və Bakı şəhər sakini C.Şərifovun mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyən edilib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi