Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edilib
Hadisə
- 21 may, 2022
- 07:18
Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş bir nəfərin onu aldadaraq 100 manatını almasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Aydın Qanbayev müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda “TIR” sürücüləri olan daha iki əcnəbi vətəndaşın ümumilikdə 440 ABŞ dolları və mobil telefonunu və Bakı şəhər sakini C.Şərifovun mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyən edilib.
Araşdırma aparılır.
Son xəbərlər
14:20
Azərbaycandakı bütün siyasi partiyalar maliyyə hesabatını MSK-ya təqdim edib
Daxili siyasət14:15
"AYNA MaaS"da funksional yeniliklər tətbiq edilib
İnfrastruktur14:13
Netanyahu: İsrail lazım olan hər yerdə "Hizbullah"a zərbələr endirməyə davam edəcək
Digər ölkələr14:13
Azərbaycan BOKT-u rebrendinq edib
Maliyyə14:11
"Şamaxı"nın futbolçusu Dioqo Balau 2 oyunluq diskvalifikasiya edilib
Futbol14:11
Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub
Hadisə14:07
Foto
Daşkənddə Əmir Teymura həsr olunmuş konfransın plenar iclasının ikinci hissəsi başa çatıb
Digər ölkələr14:05
Milli Məclisdə Azərbaycan, Türkiyə, Şimali Kiprin parlamentarilərinin görüşü keçirilir
Xarici siyasət14:03