Yuxarı
    Bağlamaq

    Bakıda DİN-in sabiq əməkdaşına qarşı quldurluq edilib

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır

    Bakı. 13 dekabr. REPORT.AZ/ Bakı sakininə qarşı quldurluq edilib.

    "Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Belə ki, 1965-ci il təvəllüdlü Həsənov İlham Əvəz oğlu evə gedərkən "Anar" şadlıq evinin arxa hissəsində naməlum şəxslər tərəfindən döyülüb. Onun üzərindəki mobil telefon və pul aparılıb.

    Qeyd edək ki, İ.Həsənov Daxili İşlər Nazirliyində (DİN) çalışıb. O, ötən il təqaüdə çıxıb.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi