​Bakıda dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb

​Bakıda dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
26 Fevral , 2016 09:21
​Bakıda dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Adiyev Kəmaləddin Kazım oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, K.Adıyev Bakı şəhər sakinlərinin etibarından sui-istifadə edərək onlara qarşı 40 min manat məbləğində dələduzluq etməkdə ittiham olunub. O, zərərçəkmişləri Dubaydan elektrotexnika malları gətirəcəyi adı ilə aldadıb. Cinayət işi üzrə 11 nəfər zərərçəkən var.

K.Adıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Abıyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, K.Abıyevin anası Əsli Abıyeva da dələduzluq əməli törətdiyinə görə 9 il azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi