Qobustanda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Qobustanda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin 1 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə
13 İyun , 2019 18:28
Qobustanda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin 1 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən "Report"a verilən məlumata görə, yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində boş dağlıq ərazidə 25 hektar sahədə quru ot və kol-kos yanıb.


*** 14:12

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. 

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi