Bakıda çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb

Bakıda çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb O mənzillərdən qızıl-zinət əşyaları və pul oğurlayıb
Hadisə
19 Noyabr , 2014 12:05
Bakıda çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb
Bakı. 19 noyabr. REPORT.AZ/ Bakıda çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı və 40-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxt ərazisində cinayətlərdə şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Maqsud Talıbov tutulub. Şübhəli şəxs ətrafında aparılmış əməliyyat istintaq tədbirləri ilə müəyyən olunub ki, o, bu əməlləri oktyabrın 3-də Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, tutulan Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunan, 1989-cu il təvəllüdlü Yaşar Qayıbovla birlikdə törədib. İstintaq araşdırmaları sübut edib ki, onlar iyunun 27-də Biləcəri qəsəbəsində yaşayan Svetlana Adıgözəlovanın evindən qapını sındırma yolu ilə 1200 ABŞ dolları, 700 manat, noutbok və qızıl-zinət əşyaları, iyunun 28-i Biləcəri qəsəbəsi Füzuli küçəsində Arif Kabıyevin evindən 2950 manat, iyulun 26-da Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsində Müslim Əliyevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 10000 manat və qızıl-zinət əşyaları, avqustun 7-də Biləcəri qəsəbəsində yaşayan Xatirə Süleymanovaya məxsus mənzildən qızıl-zinət əşyaları, noutbok və dəri gödəkcə, avqustun 8-də Biləcəri şosesində yaşayan Arzu Kərimovanın evindən 200 manat və 5000 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 18-də 1-ci mədən küçəsində yaşayan Sabir Tağıyevin evindən 300 manat, qızıl sırğa və noutbok, Vulkan dağ yaşayış massivində yaşayan Nicat Ağayevin evindən mobil telefon, sentyabrın 26-da  Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yaşayan Fuad Səlimovun evindən pəncərədən keçməklə qızıl-zinət əşyaları, sentyabrın 27-də Biləcəri qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Rövşən İbrahimovun evindən, açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlayıblar.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi