Bakı. 6 mart. REPORT.AZ/ Bakıda usta iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda baş verib.
Lökbatan qəsəbəsində avtomobil təmiri sexində çilingər kimi fəaliyyət göstərən 1985-ci il təvəllüdlü İmanov Zamil Sədrəddin oğlu yük avtomobilini təmir edərkən bədbəxt hadisə ilə üzləşib. Belə ki, avtomobilin təkəri çıxaraq Z.İmanovun başına çırpılıb. Nəticə də o, ağır kəllə-beyin travması alıb.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılılr.