Bakıda borcu olan paytaxt sakini oğurlanıb

Bakıda borcu olan paytaxt sakini oğurlanıb Faktla əlaqədar cinayət işi başlanılıb
Hadisə
3 Mart , 2017 11:34
Bakıda borcu olan paytaxt sakini oğurlanıb

Bakı. 3 mart. REPORT.AZ/ Bakıda borcu olan paytaxt sakini oğurlanıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhər sakini Kərim Hətəmov (ad və soyad şərtidir) Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsinə (PB) müraciət edərək tanışı, paytaxt sakini Sənan Abbasovun 2500 manat pul borcu olması ilə əlaqədar fevralın 28-də naməlum şəxslər tərəfindən oğurlanmasını bildirib.

35-ci PB əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin gün Ağakərim Səmədzadənin qardaşı Fərid və tanışı Ziya Sultanovla bigə S.Abbasovu "Opel" markalı avtomobilə oturdaraq rayon ərazisində kirayəyə götürdükləri evə aparıb orada saxlamaları müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Z.Sultanov, A.Səmədzadə və qardaşı Fərid tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi