Bakıda bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib

Hadisə
  • 26 iyul, 2015
  • 07:47
Bakıda bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib

Bakı. 26 iyul. REPORT.AZ/ Bakıda daha bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə Sabunçu rayonundaki xilasetmə məntəqəsinin ərazisində baş verib.

Vətəndaş FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 12:12-də başa çatıb.