Bakıda bir gündə iki piyadanı avtomobil vurub

Bakıda bir gündə iki piyadanı avtomobil vurub Bakıda bir gündə üç piyadanı avtomobil vurub.
Hadisə
10 Noyabr , 2019 21:38
Bakıda bir gündə iki piyadanı avtomobil vurub

Bakıda bir gündə üç piyadanı avtomobil vurub.

“Report” xəbər verir ki, ilk hadisə Qaradağ rayonunun Müşviqabad qəsəbəsində baş verib.

Belə ki, “Toyota Prado” markalı avtomobil piyadalar üçün müəyyən edilməmiş hissədə yolu keçən 1964-cü il təvəllüdlü Hacıyeva Sevinc Fazil qızını vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çanaq sümüklərinin sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Digər hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, yolu keçən 1967-ci il təvəllüdlü Allahyarov Nizami İbrahim oğlunu avtomobil vurub.

Yaralı təcili yardım xidmətinin köməyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılsa da, daha sonra paytaxtda yerləşən özəl xəstəxalardan birinə aparılıb. Müayinə zamani ona qapalı kəllə beyin travması diaqnozu qoyulub.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi