​Bakıda bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən 16 yaşlı gəncin məhkəməsi başlayıb

​Bakıda bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən 16 yaşlı gəncin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası yanvarın 11-nə təyin edilib
Hadisə
6 Yanvar , 2016 17:09
​Bakıda bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən 16 yaşlı gəncin məhkəməsi başlayıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Yuriy Aleksandroviç Mitsin cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il sentyabr ayının 24-də Nizami rayonu, Qara Qarayev prospektində Bakı şəhər sakini Faiq Tahirova bıçaqla xəsarət yetirilib. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Yuriy Mits tutulub.

Son xəbərlər

Orphus sistemi