Bakıda beşmərtəbəli binada yaranmış təhlükə aradan qaldırılıb

Bakıda beşmərtəbəli binada yaranmış təhlükə aradan qaldırılıb Xilasedicilər hadisə yerini təhlükəsizlik lenti ilə çəpərləyib və düşmə təhlükəsi olan beton parçalarını müvafiq qaydada götürüb kənarlaşdıraraq sakinlərin təhlükəsizliyini təmin ediblər
Hadisə
20 May , 2021 17:35
Bakıda beşmərtəbəli binada yaranmış təhlükə aradan qaldırılıb

Bakı şəhəri, paytaxtın Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən beşmərtəbəli binanın fasadında beton parçalarının asılı vəziyyətdə qalması barədə 20 may 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumat daxil olandan dərhal sonra hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli binanın 5-ci mərtəbəsində fasad hissədə beton parçaları qoparaq asılı vəziyyətdə qalmaqla, ətrafdakı insanlar üçün təhlükə törədir.

Xilasedicilər hadisə yerini təhlükəsizlik lenti ilə çəpərləyib və düşmə təhlükəsi olan beton parçalarını müvafiq qaydada götürüb kənarlaşdıraraq sakinlərin təhlükəsizliyini təmin ediblər.

Son xəbərlər

Orphus sistemi