Bakıda baş vermiş yol qəzası yerüstü piyada keçidini və içərisindəki lifti sıradan çıxarıb

Bakıda baş vermiş yol qəzası yerüstü piyada keçidini və içərisindəki lifti sıradan çıxarıb Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində baş vermiş avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib.
Hadisə
21 İyun , 2019 10:31
Bakıda baş vermiş yol qəzası yerüstü piyada keçidini və içərisindəki lifti sıradan çıxarıb

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində baş vermiş avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Shagman” markalı 99 DF 915 dövlət nömrə nişanlı yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidinə çırpılıb. Qəza zamanı yerüstü piyada keçidi və içərisində olan lift sıradan çıxıb.

Hazırda qəzanın fəsadları aradan qaldırılır.

Son xəbərlər

Orphus sistemi