Bakıda baldızını öldürən, arvadını bıçaqlayan şəxsin cinayət işi üzrə istintaq bitib

Bakıda baldızını öldürən, arvadını bıçaqlayan şəxsin cinayət işi üzrə istintaq bitib Bakıda baldızını bıçaqlayaraq öldürməkdə, arvadına isə xəsarət yetirmətkdə təqsirləndirilən Samir Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
30 Dekabr , 2019 10:13
Bakıda baldızını öldürən, arvadını bıçaqlayan şəxsin cinayət işi üzrə istintaq bitib

Bakıda baldızını bıçaqlayaraq öldürməkdə, arvadına isə xəsarət yetirmətkdə təqsirləndirilən Samir Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Eldar İsmayılovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.

Qeyd edək ki, hadisə bu ilin sentyabr ayında Binəqədi rayonunda - Binəqədi şossesi, döngə 4 ünvanında baş verib.

İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu arvadı -1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızına 14 bıçaq zərbəsi vurub.

O, daha sonra 1987-ci il təvəllüdlü baldızı - Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə beş bıçaq zərbəsi vuraraq ərazidən qaçıb.

Yaralılar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 1 saylı Xəstəxanaya çatdırılsa da, Roza Mahmudovanın həyatını xilas etmək mümkün olmayıb. 

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan S.Quliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi