Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib

Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib Hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
3 Fevral , 2017 09:14
Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib
Report

Bakı. 3 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Elşad Davudovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Davudovun apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Nizami rayon ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davidovanı yaşadığı evdə bıçaqlayıb. Nəticədə xəstəxanaya çatdırılan qadın orada dünyasını dəyişib. Hadisəni törədən E.Davudov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi