Yuxarı

Bakıda axtarışda olan iki nəfər saxlanılıb

Hər iki şəxs istintaqa təqdim olunub

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakıda axtarışda olan iki nəfər saxlanılıb.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Elşən Paşayev tutulub. Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1988-ci il təvəllüdlü Seymur Rzayev saxlanılıb.

Hər iki şəxs istintaqa təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi