Bakıda axtarışda olan qadın və keçmiş məhkum tutulub
- 21 dekabr, 2019
- 08:06
Bakıda polis əməkdaşlarının çevikliyi və operativliyi ilə oğurluğa cəhd edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 20-si saat 16:00 radələrində Səbail rayonunun R.Rza küçəsindəki mağazaların birində oğurluğa cəhd göstərən 2 nəfər həmin ərazidə xidmət aparan DİN BİTİ-nin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən tutulublar.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verilən şəxslərin paytaxt sakinləri - N.Həsənova və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş R.Seyidov olduqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla N.Həsənovanın Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.