Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar Bakı. 10 oktyabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
10 Oktyabr , 2018 12:44
Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini E.Nəsirovun “London-Taxi” markalı avtomobilindən 70 manat, H.Babaşov küçəsində isə R.Kərimovun “Mercedes” markalı avtomobilindən 600 manat oğurlanması barədə Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsinə müraciətlər daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi rayon Polis idarəsi 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə M.Fərəcullayevin “İsuzu” markalı avtomobilindən 120 manat oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Polad Bayramov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır. 

Son xəbərlər

Orphus sistemi