Yuxarı

Bakıda avtomobillərdən çoxsaylı oğurluqlar etmiş şəxs saxlanılıb

Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsi (RPİ) 27-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Yasamal rayonu ərazsində avtomobillərdən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Abdulla Hüseynov tutulub. Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-istintaq araşdırmaları ilə müəyyən olunub ki, o, avqustun 2-də Bakıxanov küçəsində Ruslan Məmmədova məxsus “BMW” markalı avtomobildən şüşəni sındırmaqla içərisində 1000 manat, dekabrın 15-də Azərbaycan prospektində Rauf Babayevə məxsus “Prado” markalı avtomobildən 280 manat, dekabrın 20-də S.Salayev küçəsində Bakı şəhər sakini Arzu Qurbanovaya məxsus “Nissan” markalı avtomobildən 6392 manat, dekabrın 22-də İnşaatçılar prospektində Bakı şəhər sakini Ağababa Dadaşova məxsus “Ford” markalı avtomobildən içərisində 300 manat və şəxsi sənədlər olan əl çantalarını, pul kisələrini və mobil telefonları talayıb.

A.Hüseynov barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi