Bakıda avtomobillə vurulan atlının ayağı sındı

Bakıda avtomobillə vurulan atlının ayağı sındı Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 Avqust , 2021 03:42
Bakıda avtomobillə vurulan atlının ayağı sındı

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü İmamverdiyev Fərid Müşfiq oğlu idarə etdiyi “Mersedes” markalı avtomobil ilə atı vurub. Atın üzərində olan 2000-ci il təvəllüdlü Aslanov Hacıağa Rasim oğlu isə ağır xəsarət alıb.

Avtomobilin sürücüsü və atlı xəstəxanaya aparılıblar. Həkim müayinəsindən sonra F. İmamverdiyevə qolun əzilməsi, H. Aslanova isə sağ baldırın açıq sınığı diaqnozu qoyulub.

21 yaşlı gənc dərhal əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi