Bakıda qanunsuz parklanmaya görə daha 175 şəxs cərimələnib

Bakıda qanunsuz parklanmaya görə daha 175 şəxs cərimələnib Sabunçu və Binəqədi rayonlarında qanunsuz parklanma ilə əlaqədar bu gün keçirilən reydlər zamanı 175 nəfər cərimə olunub.
Hadisə
470
25 Yanvar , 2022 14:53
Bakıda qanunsuz parklanmaya görə daha 175 şəxs cərimələnib

Sabunçu və Binəqədi rayonlarında qanunsuz parklanma ilə əlaqədar bu gün keçirilən reydlər zamanı 175 nəfər cərimələnib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində gün ərzində keçirilən reydlərdə 90 yaxın sürücü barəsində inzibati protokol tərtib edilib.

Bakıxanov qəsəbəsində keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 12-yə yaxın şəxs də müəyyən edilib və onlar da inzibati məsuliyyətə cəlb olunublar.

Həmçinin Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun müxtlif ərazilərində əsasən səkilərində avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər.

Qeyd edilən qayda pozuntusuna yol verən 73 sürücü barəsində inzibati protokol tərtib edilib.

Nazirlikdən bildirilib ki, bu istiqamətdə Sabunçu və Binəqədi rayonlarında rayonunda yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi